İstanbul derbisi: "Qalatasaray" "Beşiktaş"a qalib gəlib
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.
Sportline.az xəbər verir ki, 29-cu tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edib. "NEF Stadionu"nda təşkil olunan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 22-ci dəqiqədə "Cim-Bom"un futbolçusu Kerem Aktürkoğlu açıb. 24 yaşlı yarımmüdafiəçi 10 dəqiqə sonra komandasının üstünlüyünü 2 topa çatdırıb. Hər iki qolun ötürməsini Mustafa Məhəmməd edib. 85-ci dəqiqədə Rıdvan Yılmaz hesab arasındakı fərqi azaltsa da, qonaqların bundan artığına gücü çatmayıb.
Bu nəticədən sonra xallarını 35-ə çatdıran "Qalatasaray" 11-ci pilləyə yüksəlib. "Beşiktaş" isə 45 xalla 8-ci sırada qərarlaşıb.