İstanbul derbisində bərabərlik

Türkiyə Superliqasında İstanbul derbisi olub.

Sportline.az xəbər verir ki, 32-ci turda "Beşiktaş" - "Fənərbaxça"görüşü 1:1 hesabı ilə nəticələnib.

"Beşiktaş" - "Fənərbaxça" - 1:1

Qollar: Filip Novak, 6 (0:1), Raşid Gezzal, 31-pen. (1:1)

Xallarını 69-a çatdıran "Fənərbaxça" 2-ci pillədəki mövqeyini qoruyub. 55 xalı olan "Beşiktaş" isə 7-ci sırada qərarlaşıb.

Xatırladaq ki, Türkiyə Superliqasında 2021/2022 mövsümünün qalibi "Trabzonspor" olub.