İstanbul səmasında fransalı ulduz
Fransa millisinin yarımmüdafiəçisi Matye Valbuena karyerasını Türkiyədə davam etdirəcək. Sportline.az xəbər verir ki, istanbullular 32 yaşlı futbolçunun transferini həll etmək üzrədirlər. Razılaşmaya əsasən Valbuena sarı-lacivərdlilərlə 3 illik müqaviləyə imza atacaq. Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm "Lion"un heyətində meydana çıxdığı 43 oyunda 10 qol vurub.