İsveç və Hollandiyadan qələbə, Andorradan sensasiya
Bu gün DÇ-2018-in Avropa zonası üzrə təsnifat mərhələsində 6-cı turun görüşləri start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma olacaq.
Diqqətlər, əsasən, İsveçə yönələcək. Burada yerli komanda Fransa millisi ilə üz-üzə gələcək. Qrup liderliyi uğrunda mübarizə aparan komandaların dueli gərgin mübarizə vəd edir.
Gecənin digər maraqlı matçında Bosniya-Herseqovina və Yunanıstan seçmələri münasibətləri aydınlaşdıracaq.
Günün afişasını diqqətinizə çatdırırıq:
09 iyun 2017
DÇ-2018, təsnifat mərhələsi
6-cı tur
A qrupu
Belarus – Bolqarıstan - 2:1
Hollandiya – Lüksemburq - 5:0
İsveç – Fransa - 2:1
B qrupu
Andorra – Macarıstan - 1:0
Farer Adaları – İsveçrə - 0:2
Litva – Portuqaliya - 0:3
H qrupu
Bosniya-Hersoqovina – Yunanıstan - 0:0
Cəbəllütariq – Kipr - 1:2
Estoniya – Belçika - 0:2