İsveç İtaliyaya üstün yollanır
DÇ-2018-ə sonuncu vəsiqələr uğrunda "pley-off" görüşləri davam edir. SportLine.az xəbər verir ki, bu gün Avropa konfederasiyasında daha bir qarşılaşma olacaq. İsveç doğma meydanda İtaliyanı qəbul edəcək.
Təsnifat mərhələsində İspaniya ilə mübarizədə uduzaraq birbaşa vəsiqəni əldən verən "skuadra adzurra" məsələni ilk oyunda həll etmək niyyətindədir. Skandinavlar isə doğma azarkeşlər önündə sərfəli nəticəyə ümid bəsləyir.
10 noyabr 2017
DÇ-2018, "Pley-off"
İsveç - İtaliya - 1:0
QOL: Yohansson, 61 (1:0)