İtaliya Avropa çempionu oldu

Voleybol üzrə qadınlardan ibarət İtaliya yığması Avropa çempionatının qalibi olub.

Sportline.az xəbər verir ki, Davide Mazzantinin çalışdırdığı kollektiv Serbiyanın paytaxtı Belqradda keçirilən final görüşündə ev sahiblərini 3:1 (24:26, 25:22, 25:19, 25:11) hesabı ilə yenərək 12 il sonra Avropa çempionu olub.