İtaliya klubları Brahimə elçi düşdü
"Real Madrid"in futbolçusu Brahim Diaz yayda komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, "Roma" və "Yuventus" mərakeşli oyunçu üçün hərəkətə keçib.
Bu haqda jurnalist Nikolo Şıkira məlumat yayıb.
Qeyd edək ki, 26 yaşlı sağ cinah vingerinin dəyəri 35 milyon avrodur.