İtaliya klubu "Qalatasaray"a elçi düşüb

"Qalatasaray"ın futbolçusu Davinson Sançes karyerasını İtaliyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, kolumbiyalı müdafiəçi "Komo"nun maraq dairəsindədir.

Bu haqda "Fotomaç"da məlumat paylaşılıb.

29 yaşlı futbolçunun "Qalatasaray"la 2027-ci ilədək müqaviləsi var. 

O, 2023-cü ildə 9,5 milyon avro müqabilində "Tottenhem"dən transfer edilmişdi. 

Son iki mövsümdə 76 oyuna çıxan Sançes 8 qol və 4 asistlə yadda qalıb. 

Qeyd edək ki, kolumbiyalı ulduzun transfer dəyəri 20 milyon avrodur.