İtaliya millisinin üzvü "Mançester Yunayted"in transfer siyahısında yer alır
İtaliya millisinin üzvü Sandro Tonali karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Sky İtalia" məlumat yayıb.
26 yaşlı futbolçu "Nyukasl"dan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Qeyd edək ki, S.Tonali 2023-cü ildən "sağsağanlar"ın heyətində çıxış edir.
O, bu mövsüm meydana çıxdığı 53 matçda 3 qol,7 asistlə yadda qalıb.