Jiru: "Van Dayka qarşı oynamaq çox çətindir"
"Lill"in fransalı forvardı Olivye Jiru qarşılaşdığı ən güclü mərkəz müdafiəçisinin adını açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli hücumçu müsahibəsində "Liverpul"un kapitanı Vircil Van Deykin adını qeyd edib.
"Qarşılaşdığım ən güclü müdafiəçi Vircil Van Deykdir. Ona qarşı oynamaq çox çətindir. Hər bir hücümçu ona qarşı hər zaman böyük çətinliklərlə üzləşir. O dünyanın ən yaxşı müdafiəçisidir.", deyə Olivye Jiru bildirib.