Jirunun əvəzinə Mbappe və ya Lakazett
Növbəti mövsüm çempionluğu hədəfləyən "Arsenal" heyətini gücləndirməkdə davam edir. SportLine.az xəbər verir ki, London klubunun növbəti hədəfi Kilian Mbappe və Aleksandr Lakazettdir.
"Topçular" iki futbolçudan birinin keçidi üçün Olivye Jirunu "qurban" verməyə hazırdır. "Daily Mirror"un verdiyi məlumata görə, "Arsenal" K.Mbappe üçün "Monako"ya O.Jiru və əlavə məbləğ təklif edəcək. Knyazlıq klubunu razı salmaq mümkün olmasa, eyni təklif A.Lakazettə görə "Lion"a olunacaq.
Qeyd edək ki, Mbappe yarışında "Arsenal"ın əsas rəqibi Madird "Real"ıdır. "Monako" futbolçunun keçidi üçün 150 milyon avro istəyir.