Joao Feliks ölkəsinə qayıdır
Joao Feliks karyerasında yeni bir dönüş nöqtəsinə yaxınlaşıb.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun sabiq klubu "Benfika"ya qayıtmaq üzrə olduğu bildirilir.
Son mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirən Feliks üçün "Benfika" "Çelsi" klubuna 18.5 milyon avro təklif edib.
Razılaşma çərçivəsində portuqaliyalılar eyni zamanda növbəti satışdan 50 faizlik pay verməyə də hazırdır.