Kamal Quliyevin "Neftçi"dəki vəzifəsi müəyyənləşdi

 "Neftçi” futbol klubunda iki təyinat gerçəkləşib. Sportline.az xəbər verir ki,  Kamal Quliyev "Neftçi” Futbol Akademiyasının baş seleksiyaçısı, Eldəniz Yusifov isə əsas komandanın baş meneceri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Kamal Quliyev 1997-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 135 oyunda 24 qol vurub. 1999-cu ildə Azərbaycan kubokunun qalibi olan  Quliyev 2011-2014-cü illərdə əsas komandada məşqçi vəzifəsini yerinə yetirib. Eldəniz Yusifov isə 2005 - 2017-ci illər ərzində AZAL klubunda müxtəlif vəzifələrdə çalışıb.