Kamavinqa "Real"dan ayrıla bilər
"Real Madrid"in yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını başqa bir Avropa nəhəngində davam etdirə bilər.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, PSJ futbolçunun xidmətində maraqlıdır. Mənbə Paris təmsilçisinin 22 yaşlı fransalı oyunçu üçün "Kral klubu"na 80 milyon avro ödəməyə hazır olduğunu qeyd edib.
PSJ-nin baş məşqçisi Luis Enrikenin Kamavinqanı yarımmüdafiə xəttini gücləndirmək üçün ideal seçim hesab etdiyi və "Real"ın futbolçunu sata biləcəyi bildirilib.
Qeyd edək ki, Kamavinqanın "Real Madrid"lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Cari mövsümdə 19 oyuna çıxan futbolçu 1 qol vurub və 2 məhsuldar ötürmə edib.