Kamran Ağayev oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Zlin" kollektivi olub.
Qarşılaşma "Mlada Boleslav"ın qələbəsi ilə yekunlaşıb - 5:1.
K.Ağayev meydana start heyətində daxil olub.
Bu nəticə ilə "Mlada Boleslav" 11 xalla 16 komanda arasında 11-cidir.