Kamran Ağayevdən yeni xəbər var

"Boavişta"nın qapıçısı Kamran Ağayevin start heyətinə dönüşü  deyəsən uzun çəkəcək. Sportline.az xəbər verir ki, cəza üzündən bir neçə oyunu kənardan izləməklə start 11-likdə yerini itirən qolkiper indi də zədədən əziyyət çəkir. Portuqaliya mətbuatında yayılan xəbərə görə, dünən tibbi müayinədən keçən futbolçunun əzələsində problem aşkarlanıb. Bu üzdən onun "Portu" ilə fevralın 26-na təyin olunan görüşdə iştirakı da sual altındadır.