Kamran oynadı, komandası darmadağına sevindi

Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Zlin" kollektivi olub.

Qarşılaşma "Mlada Boleslav"ın qələbəsi ilə yekunlaşıb - 5:1.

K.Ağayev görüşə start heyətində başlayıb və sonadək mübarizə aparıb.

Qeyd edək ki,  11 turdan sonra “Mlada Boleslav” 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.