Kamran oynadı, komandası qalib gəldi
Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib “Jihlava” kollektivi olub.
Qarşılaşma "Mlada Boleslav"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
K.Ağayev meydana start heyətində daxil olub və sonadək mübarizə aparıb.
Qeyd edək ki, 12 turdan sonra “Mlada Boleslav” 14 xalla turnir cədvəlinin 10-cu pilləsindədir.