Kamran "qırmızı" aldı, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" Çexiya çempionatında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Ostrava" kollektivi olub.

Matç "Mlada Boleslav"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

K.Ağayev meydana start heyətində daxil olsa da, 73-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Qeyd edək ki, "Mlada Boleslav" 13 turdan sonra 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.