Kamranın əvəzinə Vaqner

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Boavişta" Belçikanın "Muskron" klubundan icarəyə götürdüyü Vaqner da Silva ilə bağlı qərar verib. SportLine.az xəbər verir ki, Portuqaliya klubu 30 yaşlı qolkiperi transfer etmək niyyətindədir. Tərəflər razılığa gəlsə, qapıçı ilə 2019-cu ilədək müqavilə imzalanacaq. 

Xatırladaq ki, K.Ağayevin cəzalı olduğu müddətdə "Boavişta"nın qapısını Vaqner da Silva qoruyurdu. Ötən tur azərbaycanlı futbolçunun cəzası bitsə də, baş məşqçi qapını yenə Vaqnerə tapşırmışdı.

Qeyd edək ki, K.Ağayevin müqavilə müddəti yayda başa çatacaq.