Kanenin "Olimpiakos"la anlaşmasının detalları

Mamadu Kane "Olimpiakos"la anlaşıb.

Sportline.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatı iddia ilə çıxış edib.

"Neftçi"nin yarımmüdaiəçisinin Hayfa "Makkabi"si ilə oyundan sonra "Olimpiakos"un bazasına baş çəkdiyi və müqavilənin detallarının razılaşdırıldığı deyilir. 

Kane "Olimpiakos"la 4+1 illik müqaviləni razılaşdırıb. Yunan klubu yarımmüdafiəçini bu mövsümün sonuna kimi "Neftçi"yə icarəyə vermək niyyətindədir. Kane "Olimpiakos"da ilinə 350 min avro qazanacaq. 

Mamadu Kanenin hazırda Qana millisinin düşərgəsində olduğu, rəsmi müqavilənin bundan sonra elan olunacağı gözlənilir.