Kapitan gəmini tərk etmək niyyətində deyil
"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş klubdan ayrılmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "BBC Sport" nəşri məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi Səudiyyə Ərəbistanından gələn təklifi geri çevirib.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm meydana çıxdığı 8 matçda 2 qolla yadda qalıb.