"Kavalyerlər" "öküzləri"ə qalib gəldilər
NBA-nın müntəzəm çempionatı davam edir.
Günün maraqlı görüşlərindən biri Çikaqoda olub.
Mövsümün iddialı kollektivlərdən sayılan “Klevlend Kavaliers” səfərdə “Çikaqo Bullz”la qarşılaşıb. Matça daha fəal başlayan “Çikaqo” basketbolçuları ilk periodu 35:34 hesabı ilə öndə bitiriblər. Böyük fasiləyə qədər toparlan “Kavaliers” hesabı öz xeyrinə dəyişməyi bacarıb - 67:66. Qalan vaxtdada təşəbbüsü əldən verməyən “Klevlend Kavaliers” komandası yekunda 119:113 hesabı ilə qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçusu “Kavaliers”in oyunçusu Donavan Mitçel olub. 36 xal, 8 ribaund, 2 asist. “Çikaqo Bullz”dan isə Zek Lavin fərqlənib - 26 xal, 6 ribaund, 3 asist.