"Kəpəz" baş məşqçi ilə bağlı qərar verdi

I Divizionda mübarizə aparan “Kəpəz”i qarşıdakı mövsümdə də Yaşar Vahabzadə çalışdıracaq.

Sportline.az xəbər verir ki, 61 yaşlı mütəxəssis ilə yeni – bir illik müqavilə imzalanıb.

Təcrübəli mütəxəssisin köməkçiləri – Nadir Şükürov, Vidadi Rzayev və Əli İsmayılov ilə də anlaşma yenilənib.