"Kəpəz" məğlub oldu

Növbəti mövsümə hazırlığı davam etdirən “Kəpəz" bu gün növbəti yoxlama oyununu keçirib. 

Sportline.az xəbər verir ki, Gəncə təmsilçisi Bakı səfərində MOİK ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
 
"Sarı-göylər"dən yeganə qolu yeni transfer Cavid İmamverdiyev vurub.