"Kəpəz" müdafiəçisi ilə yollarını ayırıb

"Kəpəz" klubu futbolçusu Rauf Hüseynli ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər"lə müqaviləsinin müddəti başa çatan müdafiəçi komandanı tərk edib. O, ötən mövsüm 27 çempionat matçında meydana çıxaraq 2 qol vurub, 2 assist edib.