"Kəpəz" "Qarabağ"la oyuna itkilərlə çıxacaq

Topaz Premyer Liqasının XII turunda “Qarabağ”ın qonağı olacaq “Kəpəz”də heyətlə bağlı problemlər məşqçilər korpusunu narahat edir. SportLine.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər son çempionla matça itkilərlə çıxacaq.

“Sarı-göylər”in bir futbolçusu cəzalı olduğundan, iki üzvü isə zədədən yeni qayıtdığından oyunu buraxmalı olacaq. Ötən tur “Sumqayıt”la ev görüşündə qırmızı vərəqə alan Kərim Diniyevin cəza müddəti hələ bitməyib. Uzun müddət zədəli olan Şəhriyar Əliyev ilə Dario Frederiko isə görüşə tam hazır olmadığından oynaya bilməyəcəklər.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” - “Kəpəz” oyunu saat 18:00-da başlayacaq.

Banner