"Kəpəz" seçmə komanda ilə qarşılaşacaq
Topaz Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə müddətində “Kəpəz” yoxlama matçı keçirəcək. SportLine.az-ın klubun saytına istinadən məlumatına görə, Bakıda təlim-məşq toplanışında olacaq Gəncə təmsilçisi yığmamızla (U-21) üz-üzə gələcək.
Qarşılaşma noyabrın 12-də olacaq.