"Kəpəz" "Sumqayıt"a qarşı

Misli Premyer Liqasında 2025/26 mövsümünün ilk turu davam edir. 

Sportline.az xəbər verir ki, bu gün daha bir oyun olacaq. 

"Sumqayıt" öz meydanında "Kəpəz"lə qarşılaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 20:30-da başlanacaq.

17 avqust (bazar)

Misli Premyer Liqası

20:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu