"Kəpəz" yeni transferini açıqladı
Yeni mövsümə hazırlıqlarını davam etdirən "Kəpəz" heyətinə daha bir futbolçu əlavə edib.
Sportline.az xəbər verir ki, Gəncə klubu Donqo Kresus Donaldla anlaşmaya gəlib. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Fil Dişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Donaldın son olaraq çıxış etdiyi komanda Belarusun BATE klubu olub.