"Kəpəz" yeni transferini açıqlayıb

"Kəpəz" klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportline.az Gəncə təmsilçisi Burkina Fasodan olan Adama Fofana ilə müqavilə imzalayıb.

O, azad agent kimi "sarı-göylər"ə keçib. 25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyədə "Adanaspor"un formasını geyinib.

Qeyd edək ki, Adama Fofana Fransada "Dijon", İsveçdə "Verberq"in uğurları üçün çalışb.