"Kəpəz"dən növbəti transfer

Yeni mövsüm üçün heyətini komplektləşdirməyə davam edən "Kəpəz" daha bir futbolçu transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Donqo Kresus Donaldı heyətinə cəlb edib.

Fildişi Sahilindən olan cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, oyunçu son olaraq Belarusun BATE klubunda oynayıb.