"Kəpəz"dən yeni transfer

Transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə razılığa gəlib. 

SportLine.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb. Nizami yurdunun təmsilçisi Ruzi Qiyaslı ilə bir il müddətinə anlaşıb. 

Son mövsümü icarə əsasında I divizion klubu “Şəmkir”də keçirən 23 yaşlı qolkiper müqavilə ilə “Neftçi”yə məxsus olub.