"Kəpəz"ə ən böyük uğurlar qazandırmış prezidenti vəfat edib
"Kəpəz" klubunun sabiq prezidenti Rza Məmmədov dünyasını dəyişib.
Sportline.az xəbər verir ki, bu barədə "Report"a Gəncə təmsilçisinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Rza Məmmədov 1990-cı illərdə əyalət təmsilçisinə rəhbərlik edib.
"Kəpəz" onun dönəmində 1997/1998 və 1998/1999 mövsümündə ölkə çempionatın qalibi olub. Gəncə klubu 1997/1998 mövsümündə ölkə kubokunu da qazanıb.