"Kəpəz" paytaxtda sevindi
Bu gün Topaz Premyer Liqasında 27-ci turun üç oyunu keçiriləcək. SportLine.az xəbər verir ki, Avrokubok şansını qoruyan "Kəpəz" paytaxta səfər edəcək. AZAL-la görüşdə Gəncə təmsilçisinə yalnız qələbə lazımdır. Turnir cədvəlinin zirzəmisində qərarlaşan "təyyarəçilər" isə 3 xalla təsəlli tapmaq niyyətindədirlər.
23 aprel 2017
TPL, 27-ci tur
AZAL – “Kəpəz” - 1:2
QOLLAR: Serjio Kosta, 35 (0:1); Serjio Kosta, 41 (0:2); Frank Madu, 82 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
Standings provided by Sofascore LiveScore