"Kəpəz"in yeni legioneri Gəncədə
"Kəpəz" klubu heyətinə daha bir legioner cəlb edib.
Sportline.az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət Jefferson Makiel Bentodan gedir.
22 yaşlı futbolçu mərkəz müdafiəçisidir.
Braziliyalı son olaraq Portuqaliyanın "Portimonense" klubunda çıxış edib.
Cənubi amerikalının vətənində "Botafoqo"da da forma geyindiyini bildirək.
Jefferson artıq Gəncədədir. Ən qısa müddətdə onun keçidi ictimaiyyətə açıqlanacaq.