Kerem Aktürkoğlu “Fənərbağça”da

"Qalatasaray"ın sabiq futbolçusu Kerem Aktürkoğlu karyerasını "Fənərbağça"da davam etdirəcək.

Sportline.az xəbər verir ki, İstanbul klubu "Benfika" ilə razılıq əldə edib.

Oyunçu "Fənərbağça" ilə müqavilə imzalamaq üçün İstanbula gələcək.

Bu haqda insayder Yağız Sabuncuoğlu öz "X" hesabında paylaşım edib.