Kerem Aktürkoğlu qərarını verdi
"Benfika"nın türkiyəli futbolçusu Kerem Aktürkoğlu karyerası ilə bağlı qərar verib.
Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu bu yay klubdan ayrılmaq istəyir.
Bu haqda futbol jurnalisti Sercan Dikme məlumat yayıb.
Qeyd edək ki, Kerem "Benfika"ya 2024-cü ilin sentyabr ayında "Qalatasaray"dan 12 milyon avro qarşılığında transfer olunmuşdu.