"Keşlə" - "Soçi": Hakim təyinatı

Konfrans Liqasının ikinci mərhələsinin “Keşlə” – “Soçi” matçına hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, görüşü Viktor Şimusikin başçılıq etdiyi belaruslu hakimlər briqadası idarə edəcək. Ona Anton Qusev, Sergey Kosovets yardım göstərəcəklər. Ehtiyat hakim Vitali Sevostyanikdir.

Xatırladıq ki, oyun iyulun 29-da Bakıda olacaq. Bu komandaların ilk görüşündə “Soçi” 3:0 hesablı qələbə qazanıb.