Kevin Danso “Sanderlend”ə keçib
“Tottenhem”in müdafiəçisi Kevin Danso İngiltərədə klubunu dəyişib.
Sportline.az xəbər verir ki, o, “Sanderlend”ə keçib.
Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu 2026/27 mövsümünün sonunadək icarə əsasında “Sanderlend”də çıxış edəcək.
Qeyd edək ki, "Tottenhem" Avstriya millisinin üzvünü 2025-ci ildə "Lans"dan transfer edib.