Kimmix "Bavariya"nı tərk edir

İngiltərənin Premyer Liqa klublarından "Liverpul" və "Mançester Siti" Kimmixin nümayəndələri ilə əlaqə qurub.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, əvvəllər "Barselona", "Real Madrid" və "Mançester Siti" kimi klubların marağını çəkən Kimmixin mövsümün sonunda pulsuz şəkildə transfer olma ehtimalı Avropadakı böyük klubların diqqətini çəkməyə davam edir.

Xüsusilə "Real Madrid"in, Kimmixi Toni Kroosun yerinə bir alternativ olaraq düşündüyü tez-tez müzakirə olunur.

Alman ulduzun oyun tərzi illərdir "Real Madrid"in yarımmüdafiəsində mühüm rol oynayan Kroosa bənzədilir.