Kley Thompson “Dallas” forması ilə matçına çıxıb
Bu yay “Qolden Steyt Vorriors”dan “Dallas Məveriks”ə transfer olunan amerikalı basketbolçu Kley Thompson yeni komandası ilə ilk rəsmi matçına çıxıb.
Sportline.az xəbər verir ki, 34 yaşlı basketbolçu ilk görüşünü uğurlu şəkildə başa vurub. “Dallas” öz meydanında “San Antonio” ilə qarşılaşıb. Matç “Dallas”ın 120:109 hesablı qələbəsi ilə yekunlaşıb.
K.Thompson 26 dəqiqə meydançada olub. 22 xal 7 ribaund 1 asistlə yadda qalıb.
Qeyd edək ki, Kley Thompson “Vorriors”un oyunçusu kimi 4 dəfə NBA çempionu olub.