Kley Thompsondan uğursuz çıxış
Bu yay “Qolden Steyt Vorrios”dan “Dallas Maveriks”ə transfer olunan 34 yaşlı amerikalı basketbolçu Kley Thompson uğursuz çıxışı ilə fanatlarını məyus etməyə davam edir.
Sportline.az xəbər verir ki, oyunçu bu gün keçirilən “Los Anceles Klippers” – “Dallas Maveriks” matçında 21 dəqiqə meydanda olmasına baxmayaraq xal qazana bilməyib. Matçı 3 ribaund 1 asistlə tamamlayan 4 qat NBA çempionu “Dallas” azarkeşləri tərəfindən fitə basılıb.
Kley Thompson isə vəziyəti öz xeyrinə dəyişəcəyinə inanır.
Qeyd edək ki, K.Thompson 2011-2024-cü illər ərzində “Qolden Steyt Vorrios” forması geyinib. O komandayla 4 dəfə NBA çempionu adına layiq görülüb.