Klublar Komitəsinin iclasının gündəliyi açıqlandı

Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçiriləcək.

SportLine.az xəbər verir ki, toplantıda müzakirə olunacaq məsələlər artıq bəlli olub. Fikrət Hüseynovun rəhbərlik etdiyi komitənin gündəliyindəki məsələlər aşağıda adları qeyd olunanlardır: 

1. Azərbaycan çempionatında komandaların sayının müəyyənləşdirilməsi ilə bağlı AZAL klubunun təklifi
 
2. AFFA-nın Texniki Departamentinin əməkdaşları ilə görüş (Məşqçi kursları ilə bağlı suallara aydınlıq gətirilməsi)
 
3. Uşaq liqalarında komanda nümayəndələri tərəfindən hakimlərə qarşı zorakılıq halları

4. Digər məsələlər

Banner