Komandalarımız son 10 ildə 11 milyon dollar itiriblər

Azərbaycan klubları son 10 ildə (2011 - 2020) ümumilikdə 840 futbolçu transferi həyata keçirib.

Sportıine.az xəbər verir ki, bu barədə FIFA-nın yaydığı hesabatda bildirilib.

Ölkə xaricinə transfer olunan oyunçuların sayı isə 582-dir.

Son 10 ildə transferlərə 13,7 milyon ABŞ dolları xərcləyən yerli klublar cəmi 2,9 milyon ABŞ dolları gəlir əldə ediblər. Başqa sözlə, Azərbaycan klubları transferlərdən 10.8 milyon dollar itiriblər.