Komandamızın rəqibi müəyyənləşdi
“Sabah” milli komandaların oyunlarına görə yaranmış fasilədən yararlanaraq yoxlama matçı keçirəcək.
Sportline.az xəbər verir ki, sözügedən komanda "Sumqayıt"la qarşılaşacaq. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Görüş sentyabrın 4-də "Bank Respublika Arena"da baş tutacaq. Oyuna saat 19:00-da start veriləcək.