"Komo" "Real"ın forvardını istəyir
"Komo" "Real Madrid"in hücumçusu Qonzalo Qarsiyanı heyətinə qatmaq istəyir.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
22 yaşlı futbolçunun transfer qiyməti 30 milyon avrodur.
Qeyd edək ki, Q.Qarsiyanın "Real"la müqaviləsi 2030-cu ilin yayına qədərdir.