Konate "Real Madrid" yolunda
"Liverpul"un futbolçusu İbrahima Konate klubdan ayrıla bilər.
Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, Mersisayd klubunun müdafiəçisi İbrahima Konatenin gələn yay azad agent kimi “Real Madrid”ə keçə biləcəyi xəbərləri yayılıb.
Ulduz futbolçu bu iddialar fonunda Madrid klubu ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, daha öncə Trent Aleksander-Arnold uzun müddət davam edən söz-söhbətlərdən sonra doğma klubu “Liverpul”u tərk edərək “Real Madrid”ə keçmişdi.