Konfrans Liqası: "Qarabağ" AEL-ə qalib gəlib pley-offa yüksəldi

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda Kiprin AEL komandası ilə qarşılaşıb. Saat 20:00-da başlanan matçı estoniyalı FIFA referisi Kristo Tover idarə edib. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" pley-offa yüksəlib.

Qeyd edək ki, Kiprdəki ilk matçda 1:1 hesablı heç-heçə qeydə alınıb. Bu cütün qalibi pley-offda "Breydablik" (İslandiya) - "Aberdin" (Şotlandiya) matçının güclüsü ilə üz-üzə gələcək.

Konfrans Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:00. "Qarabağ" - AEL (Kipr) 1:0

Qol: Kadi, 87

Hakimlər: Kristo Tover, Silver Koyv, Step Klaasen, Karl Koppel (Estoniya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 1:1