Konfrans Liqası: "Qarabağ" növbəti mərhələdə, "Sumqayıt" və "Keşlə" dayandı

Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Sportline.az xəbər verir ki, təmsilçilərimizdən "Qarabağ" ilk oyunda evdə 0:0 hesablı heç-heçə etdiyi "Aşdod"la (İsrail) bu dəfə səfərdə üz-üzə gəlib və minimal hesabla qələbə qazanaraq mərhələ adlayıb.

"Keşlə" "Soçi" ilə doğma meydanda qarşılaşıb və 2:4 hesabı ilə məğlub olub. Komandalar arasında Rusiyada keçirilən görüş rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt" isə ilk oyunda Belqradda qolsuz bərabərliyə razılaşdığı "Çukariçki" (Serbiya) ilə evdə oynayıb və 0:2 hesabı ilə uduzub.

UEFA Konfrans Liqası

29 iyul

UEFA Konfrans Liqası

21:00. "Aşdod" (İsrail) - "Qarabağ" (Azərbaycan) 0:1

Qol: Ozobiç, 5
Baş hakim:
 Novak Simoviç (Serbiya)
Aşdod. "Aşdod" stadionu.
İlk oyun - 0:0

20:00. "Keşlə" (Azərbaycan) - "Soçi" (Rusiya) 2:4

Qollar: Duqandziç, 21, Silva, 35, Burmistrov, 38, Hacıyev, 52, Marqasov, 70, Duqandziç, 82
Baş hakim:
 Viktor Şimusik (Belarus)
Bakı. "ASK Arena".
İlk oyun - 0:3

20:00. "Sumqayıt" (Azərbaycan) - "Çukariçki" (Serbiya) 0:2

Qollar: Ndiaye, 10, Doçiç, 16-penalti
Baş hakim:
 Yorgen Burxardt (Danimarka)
Sumqayıt. "Kapital Bank Arena"
İlk oyun - 0:0